"Bir şirkət hansısa
bir lobbinin təzyiqi ilə öz haqlı, obyektiv mövqeyindən geri çəkilirsə, bu həmin
şirkərtin ən azı imicinə və nifuzuna uyğun olmayan hərəkətdir”.
Bunu Qaynarinfo-ya
açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov "McDonald's"ın
Azərbaycan nümayəndəliyinin sosial media hesablarında ordumuza dəstək məqsədi
ilə yazdığı post və paylaşımları bir müddət sonra silməsinə və bundan sonra
müştərilərin şirkəti boykot etməsi ilə bağlı çağırışlara aydınlıq gətirərkən
deyib. Deputat təəssüf hissi ilə Azərbaycanın mövqeyini dəstəkləyən şirkət və
media qurumlarına qarşı erməni lobbisi tərəfindən ciddi təzyiqlərin olduğunu
vurğulayıb:
"Erməni lobbisi bizə
dəstək nümayiş etdirən şirkətlərə, media qruplarına, hətta xarici ölkələrin
parlament üzvlərinə qarşı çiddi təzyiq nümayiş etdirməyə çalışır. Azərbaycanın
haqlı mövqeyini dəstəkləyənlərin saynı azaltmağa çalışırlar. Bu ötən müddətdə
haqq səsimizin daha çox çatdırılmasına nail olmuşuq, o cümlədən şirkətlər tərəfindən
də Azərbaycanın mövqeyinin dəstəklənməsi ilə bağlı faktların sayı artır. Etiraf
etmək lazımdır ki, Azərbaycan diplomatiyası da son aylar Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında daha fəal şəkildə iş aparır”.
"McDonald's"ın,
konkret olaraq şirkətlərin, məhsulların boykotuna gəldikdə isə Vüqar Bayramov
qeyd edib ki, bu məsələdə vətəndaşların seçimi olmalıdır:
"Əgər bununla bağlı
konkret dövlət siyasəti yoxdursa, vətəndaşlar bununla bağlı artıq özləri qərar
qəbul edə bilər. Çünki hər bir vətəndaşın seçim, hansı məhsulu almaq, yaxud da
almamaqla bağlı qərar vermək hüququ var. Xatırlayırsınıza, bir müddət öncə mən
millət vəkili olaraq Azərbaycan vətəndaşlarına xarici mal alan zaman türk
mallarına üstünlük verməyə səsləmişdim. O baxımdan əgər hər hansı bir vətəndaş
hansısa şirkətin məhsulundan istifadə etmirsə, boykot edirsə, təbii ki, bu,
onun öz hüququdur. Bunu da normal qarşılamaq lazımdır”.
Millət vəkilı xarici
şirkərləri belə məsələlərdə diqqətli olmağa çağırıb:
"Xüsusən də sözügedən
şirkət dünyanın tanınmış brend şirkətlərindəndir. Bu şirkətlər əslində hansısa
bir lobbinin təzyiqi ilə öz haqlı, obyektiv mövqeyindən geri çəkilirsə, bu həmin
şirkərtin ən azı imicinə və nifuzuna uyun olmayan hərəkətdir. Şirkət özü də
çalışmalıdır ki, yalnız Azərbaycan daxilində deyil, bütövlükdə qlobal olaraq öz
mövqeyini qoruyub saxlasın. Çünki nəinki şirkət, hətta hər hansı bir vətəndaşın
status yazıb sonradan silməsi də bu gün dünyada yaxşı qəbul olunmur. Ona görə
şirkətlərin diqqətli olması, məsələlərə, Azərbaycanın haqq işinə obyektiv
yanaşması çox vacibdir. Vətəndaşların qərarına gəldikdə isə hər bir şəxs sərbəsdir,
qərar vermək hüququ var. Təbbi ki, mən bir millət vəkili olaraq hər bir vətəndaşın
fərdi qərarına hörmətlə yanaşmağı məqsədəuyğun hesab edirəm”.
Qeyd edək ki,
"McDonald's"ın Azərbaycan nümayəndəliyi sosial media hesablarında
ordumuza dəstək məqsədi ilə postları və paylaşımlar edib. Şirkət bir az keçəndən
sonra həmin postu silib.
"McDonald's"ın
bu addımı Azərbaycan müştəriləri tərəfindən narazılıqla qarşılanıb. Həmçinin
eyni addımı "Burger King" və "Papa Johns” şirkəti də atıb. Sosial şəbəkələrdə
hər üç şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar böyük sürətlə yayılır.
Bahar Rüstəmli
Şərhlər