Xəbər lenti

Harrisin Tramp üzərində üstünlüyü azalır -
Dünya 13:17 30.10.2024

Harrisin Tramp üzərində üstünlüyü azalır - "Reuters" sorğusu

ABŞ seçki yarışında Kamala Harrisin Donald Tramp üzərində üstünlüyü 1%-ə qədər azalıb. Hazırda Harrisin 44%, Trampın isə 43% seçici dəstəyi var.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Qəzetin qeyd etdiyi kimi, bazar günü başa çatan üç günlük sorğu 5 noyabr seçkiləri öncəsi virtual bərabərliyi göstərib. 

"Harris iyul ayında seçki yarışına girərkən qeydə alınmış seçicilər arasında Reuters/Ipsos sorğusunda Trampı qabaqlasa da, onun üstünlüyü sentyabrın sonundan bəri durmadan azalır", - məqalədə qeyd edilir.

Oktyabrın 16-21-də keçirilən Reuters/Ipsos-un əvvəlki sorğusu ABŞ-ın hazırkı vitse-prezidenti Harrisin keçmiş prezident Trampı 2% qabaqladığını göstərib.
975-i qeydiyyatdan keçmiş seçici də daxil olmaqla, ölkə üzrə 1150 yetkinlik yaşına çatmış ABŞ vətəndaşı arasında aparılan yeni sorğuya görə, seçicilərin ən aktual hesab etdiyi bir sıra məsələlərdə Tramp Harrisi əhəmiyyətli dərəcədə qabaqlayır.

İki namizəddən hansının iqtisadiyyata, işsizliyə və işə yerlərinə dair daha yaxşı yanaşması ilə bağlı suala sorğuda seçicilər 47%-lə Trampı seçiblər (Harrisi 37%). Tramp bütün kampaniya boyu iqtisadiyyatda üstünlüyə malik olub və son sorğuda seçicilərin 26%-i iş yerlərini və iqtisadiyyatı ölkənin ən aktual problemi kimi göstərib, 24%-i siyasi ekstremizmi, 18%-i isə miqrasiyanı qeyd edib.

Trampın ən böyük siyasət üstünlüyü ölkə miqrantlarının kütləvi şəkildə deportasiyasını ehtiva edən sərt təklifləri olub. Son sorğuda seçicilərin təxminən 48%-i Trampın miqrasiyaya yanaşmasının Harrisdən (33%) daha yaxşı olduğunu bildirib.

Sorğu həmçinin Harrisin siyasi ekstremizmlə bağlı məsələlərdə üstünlüyünün azaldığını göstərir. Sorğuda iştirak edən seçicilərin təxminən 40%-i onun siyasi ekstremizmlə və demokratiyaya təhdidlərlə mübarizəyə daha yaxşı yanaşdığını bildiriblər (Trampı 38% seçib).

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->