Xəbər lenti

Hava limanına dəmiryolu ilə getmək mümkün olacaq
Ekonomiks08:27 11.04.2017

Hava limanına dəmiryolu ilə getmək mümkün olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cavid Qurbanov prezidentə məlumat verdi.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yaxın üç ildə Yalama-Astara dəmir yolunun əsaslı təmiri layihəsi həyata keçirməyi planlaşdırır". İstiPress xəbər verir ki, bu sözləri QSC-nin rəhbəri Cavid Qurbanov bazar ertəsi Nazirlər Kabinetinin iclasında 2017-ci ilin birinci rübünə aid respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda bildirib.

"Qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama–Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır" deyə Cavid Qurbanov bildirib.

Qaynar.Az