
İspaniyanın turizm bölgələrindən olan Kosta Blankada körpənin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. “The Guardian” qəzetinin xəbərinə görə, dincəlmək üçün ABŞ-dan İspaniyaya gələn qadın təyyarədən endikdən sonra baqajların təhvil götürüldüyü hissəyə gedib. Burda qadın öz çantalarını götürmək üçün körpəsini o anda hərəkətsiz olan yükdaşıma kəmərinin üstünə qoyub.
Bir anda hərəkət etməyə başlayan kəmər özü ilə aparadığı körpəni parça-parça edib. Uşaq faciəvi şəkildə hadisə yerindəcə ölüb. // ANS Press