
Misirin Luksor şəhərində 20 nəfəri aparan hava şarı partlayıb.
Qaynar.info-nun məlumatına görə, partlayış nəticəsində 19 nəfər turist həlak olub. Təxminən 300 metr hündürlükdə uçan balon birdən-birə alışıb və partlayış baş verib.
Təhlükəsizlik xidmətinin əməkdaşlarından biri ölən turistlər arasında Fransa, İngiltərə, Yaponiya, Honq-Konq və Macarıstan vətəndaşları olduğunu deyib.
Fransa Xarici İşlər Nazirliyi ölənlərdən ikisinin Fransa vətəndaşları olduğunu təsdiq edib.
Hava şarının sahibi olan şirkətin sahibi Əhməd Abud verdiyi açıqlamasında qəza nəticəsində şarda olanlardan yalnız pilot və 1 turistin sağ qaldığını bildirib.
Qaynar.info