Xəbər lenti

Havanın temperaturu yüksəlir
Ölkə09:26 02.01.2017

Havanın temperaturu yüksəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 3-də Azərbaycan ərazisində hava şəraiti, əsasən, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 0-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Qaynarinfo.Az