Ev həbsində saxlanılan məşhur rus rejissor Kirill Serebrennikov azad edilib.
Qaynarinfo RT.com-a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsi qərar çıxarıb. Serebrennikovun azadlığa çıxması barədə qərar, rejissorun həbs müddəti ərzində qaydalara əməl etməsinə görə qəbul edilib.
Qeyd edək ki, Kirill Serebrennikov 2017-ci ildən bəri həbsdə saxlanılırdı. O, yaratdığı və rəhbərlik etdiyi "Sedmaya Studiya" tərəfindən reallaşdırılan və dövlət tərəfindən maliyyələşdirilən layihələrdə yeyintidə ittiham edilirdi.
Gülşən