ABŞ-da 4 il əvvəl həbsxana kimi fəaliyyət göstərən tikili uşaqlar üçün yay istirahət düşərgəsi kimi fəaliyyət göstərəcək.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 4 il əvvəl 600 min dollara Kanada şirkətinə satılan Şateqey həbsxanası ABŞ və Kanada sərhədində yerləşir. Bundan sonra tikililər yəhudi uşaqlar üçün yay istirahət düşərgəsi kimi fəaliyyətinə davam edəcək.
Qeyd edək ki, həbsxana məhkum azlığı səbəbilə bağlanmışdı.
Gülşən