Xəbər lenti

Həbsxanada çörəyin qiyməti aşağı salındı
Ölkə13:31 27.02.2015

Həbsxanada çörəyin qiyməti aşağı salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində çörəyin qiymətinin bahalaşması ilə bağlı məlumat yaymışdıq. 

Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsindən Arqument.Az-a verilən məlumatda bildirilirdi ki, 40 qəpiyə satılan çörək həbsxanada 60 qəpiyə satılır. 

Arqument.Az məsələ ilə bağlı araşdırma aparıb. Bəlli olub ki, məsələ mediada işıqlandırılandan sonra çörəyin qiyməti yenidən 40 qəpiyə endirilib. 

Yadigar Sadıqovun ailə üzvləri Arqument.Az-a bildiriblər ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində çörəyin bahalaşmasının qarşısı alınıb: "Yadigar bəylə əlaqə saxladıq. O bildirdi ki, fevralın 22-də - günün ikinci yarısında bahalaşma ilə bağlı qısamüddətli ajiotaj yaşanıb. Belə ki, məsələ ictimailəşdikdən sonra həbsxana rəhbərliyi çörəyin qiymətinin aşağı salınmasına nail olub. Hələ ki, vəziyyət əvvəlki qaydada davam edir. Əgər yenidən hər hansı bir bahalaşma olacaqsa, məlumat verəcəyik". 

Qaynar.info