Xəbər lenti

Həbsxanada öldürülmüş vəkilin "qara siyahısı" (ARAŞDIRMA)
Dünya08:34 18.04.2013

Həbsxanada öldürülmüş vəkilin "qara siyahısı" (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz Ömərov

2012-ci ilin dekabr ayında ABŞ Konqresində qəbul edilmiş "Maqnitski qanunu" Vaşinqtonla Moskva arasında SSRİ-nin dağılmasından sonra yenidən başlayan "soyuq müharibənin" açıq konturlarını müəyyən etdi. Rusiya rəsmi olaraq ABŞ-ın "qara siyahısına" düşdü. Gəlin bir zamanlar SSRİ-yə qarşı ABŞ-ın qəbul etdiyi "Cekson-Venik" qanununun qüvvədən düşməsi ilə Vaşinqtonun Rusiyaya qarşı yeni təzyiq metodu kimi qəbul etdiyi bu qanunun tarixçəsi ilə yaxından tanış olaq.

 Sergey Maqnitski

 1996-cı ildə Rusiyada britaniyalı investorlar Vilyam Brauder və "Bank of New York"un keçmiş sahiblərindən biri Edmond Safra tərəfindən əsası qoyulmuş "Hermitage Capital Management" adlı investisiya şirkətinin rusiyalı auditoru Sergey Maqnitski adıçəkilən investisiya şirkətinin ətrafında yaranmış qalmaqaldan və iri həcmi maliyyə fırıldaqlarından sonra həbs edilmişdi. 2009-cu ildə Moskvanın "Motrosskaya tişina" həbsxanasında müəmmalı surətdə ölən Sergey Maqnitski ölümünün Rusiyanın başına necə böyük dərd olacağını təsəvvür belə edə bilməzdi. "Hermitage Capital Management" şirkətinin hüquqşünası olduğu dövrdə, investisiya şirkətinin maliyyə əməliyyatları və fond birjalarındakı səhm alverləri zamanı Rusiyanın yüksək vəzifəli dövlət məmurlarına çatan "xəracların", baş verən korrupsiya piramidasına daxil olan bütün şəxslərin siyahısının məhz Maqnitskidə olduğu bildirilir. 

Korrupsiyaya bulaşmış rus məmurların siyahısının Maqnitskidə olduğu onun ölümün əsas səbəbi kimi göstərilir. ABŞ və Avropa Birliyinin rəsmən təsdiq etdikləri bu korrupsiya faktı və Strasburqla Vaşinqtonun Rusiya hökumətini mafiyanı himayə etməkdə günahlandırması dünyada misli görünməmiş qalmaqala səbəb oldu. Maqnitski karyerasına əsası amerikalı vəkillər Ceyms Fayerston və Terri Dankan tərəfindən qoyulan audit və hüquq konsaltinq şirkətində auditor olaraq başlayıb. "Hermitage Capital Management" qrupuna daxil ilan şirkətlərin auditi ilə məşğul olan "Firestone Duncan"ın bu iş üçün təyin etdiyi baş auditoru olaraq Maqnitski apardığı yoxlamalar zamanı şirkət və onun dövlət qurumlarındakı əlaqələrinin cinayət sxemini cızaraq bu piramidanı ifşa etmək qərarına gəlir. 2007-ci ildən başlayaraq "Hermitage Capital Management"in fəaliyyətini yoxlayan Maqnitskinin əlində çox tutarlı kompromatların olduğu bildirilir. 2008-cu ilin noyabr ayında həbs olunan və 2009-cu ilin həmin ayında müəmmalı surətdə ölən Maqnitskinin çəkdiyi sxemin mediaya sızması ilə 2010-cu ildə ABŞ Kongressi və Avropa parlamenti Rusiyanın bir sıra məmur və iş adamlarına öz ərazilərinə girişini qadağan etdi.

 "Hermitage Capital Management"

 Bu investisiya şirkətinin Rusiyadakı fəaliyyəti ilə oxucularımızı tanış etmək istəyirik. "Hermitage Capital Management" qeyd ediyimiz kimi britaniyalı biznesmenlər tərəfindən təsis olunmuş və Rusiyanın ən iri şirkətlərində pay sahibi olmuşdur. Nizamnamə kapitalı o dövr üçün astronomik məbləğ təşkil edən investisiya şirkətinin səhmlərini aldığı Rusiya korporasiyalarının siyahısına nəzər saldıqda isə insan heyrətə düşür. "Qazprom", "Surqutneftqaz", "RAO EES Rusiya", "Transneft" və digər Rusiya şirkəıtlərinin iri həcmli səhm paketlərinə sahib ilan  "Hermitage Capital Management", 2006-cı ildə əlində olan bütün aktivlərini satışı çıxardı. Bu səhmləri aldığı qiymətlə satdığı qiymət arasındakı fərqi nəzərə alsaq,  "Hermitage Capital Management"in nə qədər qazandığını təsəvvür etmək çətin deyil. Satışdan sonra investisiya şirkətinin Rusiyada çıxardığı pulun həcminin rəsmi məlumatlarda 40 milyard dollar olduğu bildirilir. Ekspertlərin fikrincə bu aysberqin görünən tərəfidir. Onların fikrincə 1996-cı ildən "Hermitage Capital Management" təxminən bu məbləğdən iki dəfə çox pulu Rusiyadan çıxarıb. Əsasən offşor şirkətlərin hesablarına köçürülən bu pulların izi elə bu ekzotik adalarda da itir. Rusiya femidasının 2006-cı ildə "Hermitage Capital Management"ə məxsus şirkətlərin ofislərində apardığı axarışlar sözügedən investisiya şirkətinin bir çox yüksək vəzifəli menecerlərinin həbsi ilə nəticələndi. Hazırda investisaya şirkətinin rəhbəri Vilyam Brauder Rusiyada axtarışdadır.

 ABŞ-ın "qara siyahısına" düşən rusiyalı məmurlar və Rusiyanın "antimaqnitski siyahısı"

 1. Rusiya İstintaq Komitəsinin keçmiş müstəntiqi Pavel Karpov. 

2. Baş ədliyyə müşaviri Oleq Loqunov.

3. "Butırka" həbsxanaının keçmiş rəisi Dmitri Komnov. 

4. Moskvanın Tverskoy məhkəməsinin hakimləri Aleksey Krivoruçko, Podpiroqov Sergey, Yelena Staşina, Uxnalyova Svetlana. 

5. Moskva vergilər idarəsinin rəhbərləri Olqa Stepanova və Yelena Ximina.

6. Moskva Vergi cinayətləri ilə mübarizə idarəsinin rəis müavini Artem Kuzneçov. 

7. Rusiya Baş Prokurorluğunun yüksək çinli zabiti Andrey Peçeqin. 

8. "Matrosskaya tişina" təcridxanasının rəisi İvan Prokopenko 

9. Müstəntiq Oleq Silçenko. 

10. Rusiya DİN-nin əməkdaşları Dmitri Tolçinski və Aleksey Droqanov. 

11. DİN yanında İstintaq idarəsinin rəis müavini Natalya Vinoqradova. 

12. Çeçenistan DİN mühafizə idarəsi polis alayının əməkdaşı Leça Boqatıryov və biznesmen Kazbek Dukuzov.

 P.S. ABŞ hökumətinin bu siyahının dərc etməsindən bir gün sonra Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya girişi qadağan edilmiş ABŞ məmurlarının siyahısını yayımladı. ABŞ vitse-prezidentinin keçmiş aparat rəhbəri Devid Eddinqton, ABŞ Ədliyyə Nazirliyinin keçmiş müşaviri Con Çon Yuu, Quantanamo hərbi bazasının keçmiş komandanı Cefri Miller, Quantanamodakı hərbi dəniz qüvvələrinin komandanı Cefri Xarbeson. Siyahıya ABŞ-ın müxtəlif ştatlarındakı dairə prokurorları, narkotiklərlə mübarizə idarələri əməkdaşları və bir FTB əməkdaşı da daxil olmaqla daha 14 nəfərin də adı da Moskvanın "Antimaqnitski siyahısına" daxil edilib.

Qaynar.info