Sağlamlıq 10:23 11.05.2022

Həkim-terapevt: “Qripin müalicəsində antibiotiklərdən istifadə oluna bilməz”

"Deyirlər ki, qripsənsə antibiotik qəbul et, "o dəqiqə” sağaldır. Xeyr, bu yanlış yanaşmadır”.

"Report” xəbər verir ki, bunu həkim-terapevt Rəhilə Əliyeva deyib.

O bildirib ki, qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz: "Yalnız virus xəstəliklərin gedişinə bakterial infeksiya qoşulduğu zaman antibiotik tərkibli vasitələrdən istifadə etmək olar”.

Həkim-terapevt qeyd edib ki, qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur: "Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemini gücləndirmək daha məqsədə uyğun sayılır. Yəni, müəyyən miqdarda vitaminlər qəbul edərək immun sisteminizi gücləndirə və xəstəliklərdən uzaq ola bilərsiniz”.