Xəbər lenti

Həkimlər kütləvi şəkildə istefa verdi
Dünya11:51 24.03.2013

Həkimlər kütləvi şəkildə istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yunanıstanın Patmos adasında işləyən həkimlər maaşları gec verildiyinə görə, istefa veriblər. 

Qaynar.info-nun məlumatına görə, Afina Həkimlər Birliyindən (İSA) verilən açıqlamada həkimlərin istefasından sonra minlərlə xəstə xəstəxanalarda həkimsiz qalıb. 

İSA rəhbəri Yorqos Patilus məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Prokurorluğa məlumat verdiklərini deyib: "İnsanların sağlamlığı təhlükə altına girmədən problemin həlli ilə bağlı Kolimno Həkimlər Birliyi və Afina Həkimlər Birliyinin təşəbbüsü ilə könüllü həkimlər tərəfindən ada sakinlərinə lazımi xidmət göstəriləcək". 

Qaynar.info