Xəbər lenti

Helikopter qəzası ilə bağlı istintaq necə gedir?
Ölkə09:01 15.02.2022

Helikopter qəzası ilə bağlı istintaq necə gedir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Qaynarinfo xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
İdarə rəisi deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib: "Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib".
Nemət Əvəzov bildirib ki, qəza baş verən helikopterin "qara qutu”su tapılaraq nəticəsi barədə ictimaiyyətə məlumat verilib: "Hazırkı tarixə qədər yekun qərar qəbul edilməyib".