Xəbər lenti

HƏMAS-ın ələ keçirdiyi girovlarla bağlı danışıqlar nə yerdədir?
Dünya13:06 21.11.2023

HƏMAS-ın ələ keçirdiyi girovlarla bağlı danışıqlar nə yerdədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"HƏMAS”ın İsrailə hücumları zamanı əsir götürülən girovların azad edilməsinə dair danışıqlar razılığa "ən yaxın nöqtədə”dir və "son mərhələyə” çatıb.
Qaynarinfo "Arab News”a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı, noyabrın 21-də Qətər Xarici İşlər Nazirliyinin nümayənfəsi Məcid Əl-Ənsari bildirib. 
"Biz razılığa gəlməyə ən yaxın nöqtədəyik” deyən spiker danışıqların "kritik və son mərhələyə” çatdığını bildirib.
Qeyd olunur ki, müvəqqəti atəşkəs müqabilində HƏMAS silahlıları tərəfindən əsir götürülmüş girovların azad edilməsinə yönəlmiş danışıqların təşkilinə məhz Qətər yardım edib.
"Biz çox nikbinik, çox ümidliyik, lakin biz həm də çox maraqlıyıq ki, bu vasitəçilik humanitar atəşkəsə nail olmağa kömək edəcək”, - Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
O əlavə edib ki, girovların azad edilməsi ilə bağlı çox sayda "sızdırılmış” bəyanatlar olub, lakin razılaşma ilə bağlı yekun qərar qəbul olunana qədər onların qorunmasını zəruri hesab etdiyini vurğulayıb.
Nizami Bağırov