Xəbər lenti

HƏMAS İsrail əsgərlərinin azad edilməsi şərtlərini açıqladı
Dünya 14:45 29.11.2023

HƏMAS İsrail əsgərlərinin azad edilməsi şərtlərini açıqladı

Fələstinin HƏMAS qrupu Qəzza zolağında döyüşlərin dayandırılması və blokadanın götürülməsi halında əsir götürülmüş İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərlərinin azad edilməsi ilə bağlı İsraillə danışıqlar apara bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, HƏMAS əsir götürülmüş İsrail əsgərlərinin azad edilməsi üçün şərtlərin "fərqli" olacağını təsdiqləyib.

Hərbi personalın mübadiləsinə dair danışıqlara, digər məsələlərlə yanaşı, Qəzza zolağından "hərbi əməliyyatların dayandırılması və blokadanın götürülməsi"nin müzakirəsi də daxildir.

CNN-in məlumatına görə, Misir, İsrail, Qətər və ABŞ nümayəndələri İsrail və Qəzza zolağı arasında atəşkəsin uzadılması üçün çalışırlar.

Noyabrın 29-da ərəbcə nəşr olunan "Əl-Ərəbi Əl-Cədid” qəzeti Misirdəki rəsmilərə istinadən yazıb ki, İsrail hökuməti və HƏMAS humanitar atəşkəsin daha iki gün uzadılması barədə ilkin razılığa gəliblər. Qəzza zolağında atəşkəs eyni şərtlərlə uzadıla bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->