ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra Həmasın Əl Qəssam briqadası hərbi parad təşkil edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Qəzzanın Beyt Hanun şəhərində təşkil edilmiş paradda ağır və yüngül hərbi texnika, raketlər nümayiş etdirilib. Briqadanın sözçüsü Əbu Həmzə çıxış edərək Həmas və Əl Qəssamın Fələstində olduğu müddət ərzində ABŞ-ın qərarlarının əhəmiyyətsiz olduğunu bildirərək ərəb və İslam dünyasını bu qərara qarşı etiraz etməyə çağırıb.
Qeyd edək ki, 6 dekabr tarixində ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Komitəsinin 1980-ci ildə İsrailin Şərqi Qüdsü paytaxtı elan etməsini etibarsız sayan 478 saylı qərarına baxmayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi və səfirliyin Tel-Əvivdən köçürülməsi üçün göstəriş verdi.
Gülşən