Xəbər lenti

“Həmin günün yaşanmamasını istərdim” - Pilotun qardaşı
Ölkə13:25 21.08.2020

“Həmin günün yaşanmamasını istərdim” - Pilotun qardaşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn olunmasından bir il keçir. 
"MediaPost” məlumat verir ki, pilotun cənazəsi ötən il avqustun 21-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 
MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ötən il iyulun 24-də təlim-məşq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub. 
Qardaşının məzarını ziyarət edən Nicat Atakişiyev deyir ki, o günü heç xatırlamaq istəmir və həmin günün həyatında yaşanmamasını istərdi: 
"O günü heç xatırlamaq istəmirəm. Həmin günün ümumiyyətlə, heç yaşanmamasını istərdim”.
Qeyd edək ki, pilotun nəşi ötən il avqustun 20-də dənizdən tapılaraq çıxarılıb.