Xəbər lenti

Həmsədrlər yenə gəlirlər
Ölkə15:59 17.05.2013

Həmsədrlər yenə gəlirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regiona səfər edəcəklər. 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünün yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.

“Həmsədrlər nazirlərlə görüşdə tərəfləri sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək addımlardan və çağırışlardan qaçmağa çağırıblar. Vasitəçilər nazirlərlə sülh üçün münbit şərait yaradacaq etimad mühitinin formalaşdırılması üçün görülə biləcək bir sıra tədbirləri müzakirə ediblər”. Bəyanatda qeyd olunur ki, həmsədrlər bu məsələləri Azərbaycan və Ermənistan prezidentləri ilə müzakirə etmək üçün mayın sonunda regiona səfər edəcəklər.

Qaynar.info