Xəbər lenti

Həmyerlimiz də bu fəxri siyahıdadır
Dünya18:30 24.03.2017

Həmyerlimiz də bu fəxri siyahıdadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vahid Ələkbərov 14,5 milyard dollar sərvətlə Forbes-in siyahısındadır 

Forbes jurnalı ənənəvi dollar milyarderləri siyahısını açıqlayıb.  Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, əvvəlki araşdırmalarda da birinci yerdə olan Leonid Mixelson yenə Rusiyanın ən varlı adamı olub. Təbii qaz şirkəti "Novatek" ilə  qaz və neft-kimya şirkəti "Sibur"un ən böyük ortaqlarından Mixelsonun var-dövləti bir ildə 4 milyard dollar artaraq 18,4 milyarda yüksəlib. Mixelson Forbes-ə görə dünyanın ən varlı 46-cı şəxsidir. 

Rusiyanın ən varlıları siyahsıdında ikinci yerdə isə dəmir kralı “Severstal”-ın İdarə heyətinin rəhbəri Aleksey Mordaşovdur. Mordaşovun sərvəti bir ildə 6,8 milyard dollar artaraq 16,1 milyard olub. 

“Forbes”ə görə Rusiyanın digər oliqarxları və sərvətləri aşağıdaki kimidir: 

Gennadi Timçenko (Volqa Qrup):16 milyard dollar 

Alişer Usmanov (USM Holdinq): 15,2 milyard dollar 

Vahid Ələkbərov (Lukoil):  14,5 milyard dollar 

Mixail Fridman  (Alfa Group): 14,4 milyard dollar 

Vladimir Potanin (İnterros): 14,3 milyard dollar 

Andrey Melniçenko (SUEK): 13,2 milyard dollar 

Viktor Vekselberq (Renova): 12,4 milyard dollar

Qaynar.Az