Türkiyənin Bitlis vilayətinin Tatvan-Van magistralında PKK terrorçuları təhlükəsizlik qüvvələrini daşıyan avtomobili avtomatlardan atəşə tutub.
Axar.az xəbər verir ki, hücum zamanı 1 hərbçi həlak olub.
Məlumata görə, silahlı qüvvələr meşəlik ərazidə terrorçuların pusqusuna düşüblər.
Hadisəni törədən PKK-çıların tapılması istiqamətində ərazidə axtarışlara başlanılıb.
Qaynarinfo.az