
Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə “TurAz Şahini 2015” hərbi təlimləri zamanı təyyarə qəzaya uğrayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Bakı vaxtilə saat 11:50 radələrində Konya-Aksaray şəhərləri istiqamətdə yolun 22-ci kilometrliyində baş verib. Qəzanın səbəbləri hələ məlum deyil.
Türkiyə Silahlı Qüvvətlərinin yaydığı məlumata görə, qəzaya uğrayan təyyarənin 2 pilotu şəhid olub. Onların kimlikləri isə hələlik bilinmir.
Hadisə baş verən əraziyə xilasedicilər cəlb olunub. Qəza zamanı
Qeyd edək ki, təlim zamanı F-4 E 2020 tipli hərbi təyyarə qəzaya uğrayıb.
Qaynar.info