Xəbər lenti

Hərbi ekspert “İtiqovan”lardan danışdı
Ölkə07:48 22.10.2020

Hərbi ekspert “İtiqovan”lardan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əslində bu silahın işi it kimi adamları qovmaqdır”.

BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İtiqovan” Pilotsuz Uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlamasından danışarkən deyib. Ekspert pilotsuz uçuş aparatına "İtiqovan” adının verilməsini dəstəklədiyini bildirib:

"Müdafiə Sənayesi Nazirliyi 2000-ci ilin sonlarından yerli milli pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı işlərə başlayıb. Əlbəttə ki, bu prosesdə bizə xaricdən dəstək verən ölkələrin texnologiyalarından istifadə olundu. Həmin pilotsuz uçuş aparatları artıq uzun illərdir ki, Müdafiə Sənayesi Nazirliyinin istehsalat birliklərində istehsal olunur”.

Ramil Məmmədli fikrincə, bu ad planın adı deyil, sadəcə olaraq Prezidentin işlətdiyi ifadədən alınmış addır.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan” Pilotsuz Uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb.

Bahar Rüstəmli