
ABŞ donanmasına aid gəmi neft tankeri ilə toqquşub.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, qəza nəticəsində 10 hərbçi itkin düşüb, 5 əsgər isə yaralanıb. Hadisənin Sinqapurun su sərhəddində baş verdiyi bildirilir. "USS John S McCain" gəmisi Sinqapur portunda dayanmağa hazırlaşarkən Afrika ölkəsi olan Liberiyaya aid gəmi ilə toqquşub.
ABŞ-a aid gəmidən 3 dəfə böyük olan tankerdən neft sızıntısının olmadığı bildirilir.
Yaralanan əsgərlərin vəziyyətlərinin normal olduğu və Sinqapur xəstəxanalarında yerləşdirildiyi barədə məlumat yayılıb.
Qeyd edək ki, təxminən 2 ay əvvəl "USS Fitzgerald" gəmisi Yaponiya sahillərində qəzaya uğramışdı.
Gülşən
Qaynarinfo.Az