Xəbər lenti

Hərbi kolleclərdə təhsilini başa vuran kursantlara şad xəbər - Rütbə veriləcək
Ölkə17:19 03.04.2025

Hərbi kolleclərdə təhsilini başa vuran kursantlara şad xəbər - Rütbə veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında" Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarında dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin məzunları "gizir" hərbi rütbəsi ilə yanaşı "miçman" hərbi rütbəsi alacaqlar.