Xəbər lenti

Hərbi qərargaha hücum oldu
Dünya14:21 19.03.2014

Hərbi qərargaha hücum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hücum edən şəxslər arasında döyüşçülərlə yanaşı qadınlar da olub

Sevastopolda çərşənbə günü səhər onlarla insan Ukraynanın hərbi dəniz qüvvələrlərinin komandanlığının qərargahının ərazisinə soxulublar. ANS PRESS-in məlumata görə, bu barədə Krımda Ukraynanın Müdafiə Nazirliyinin əməkdaşı Vladislav Seleznyov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əsgərlər hazırda həmin insanların hərbi qərərgahdan çıxarılması üçün çalışırlar.

“Qərargaha təxminən 200 nəfər hücum edib. Onların arasında döyüşçülərlə yanaşı, qadınlar da var. Aydındır ki, əsgərlərimiz onlara, əsasən qadınlara güc işlətmək istəmirlər” , - deyə Vladislav Seleznyov vurğulayıb.

Qaynar.info