Xəbər lenti

Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı
Ekonomiks 11:13 06.02.2024

Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->