Xəbər lenti

Həriri Livana qayıtdı
Dünya06:47 22.11.2017

Həriri Livana qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Livanın baş naziri vəzifəsindən 4 noyabrda Səudiyyə Ərəbistanı səfəri zamanı istefa verən Səad Həriri ölkəsinə qayıdıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sabiq baş nazir Fransa, Misir və Cənubi Kiprə səfərdən sonra Beyrutdakı Rəfiq Həriri Havalimanına eniş edib. Həriri sui-qəsd nəticəsində öldürülən baş nazir Rəfiq Həririnin məzarını ziyarət edəndən sonra iqamətgahına gedəcək. 
Qeyd edək ki, baş nazirin istefası birmənalı qarşılanmamış, Səudiyyə Həririni bu addıma məcbur edən ölkə adlandırılmış, hətta Livan belə bu iddia ilə çıxış etmişdi. Lakin Səad Həriri bu günə qədər bu fikirləri inkar edir və o, ölkəsinə qayıdaraq istefa qərarına müvafiq addımları atacağını demişdi.
Gülşən
Qaynarinfo.Az