ABŞ-da keçirilən hərracların birində inanılmaz hadisə yaşanıb. Köhnə, bağlı bir seyfi alan şəxs milyonçu olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Storage Wars" adlı populyar televiziya şousunun aparıcısı və hərrac təşkilatçısı Den Dotson sosial şəbəkə hesabında video paylaşıb. Aparıcı bildirib ki, bir müddət əvvəl bir qadın onunla görüşmək istəyib və inanılmaz bir hekayə danışmağı təklif edib. O, hərraclardan birində satılan qapalı bir seyfdən sürpriz çıxmasından bəhs edib.
Hərrac Kaliforniyada gerçəkləşib və alıcı qapalı seyfin açılması üçün 500 dollar ödəyib. Çilingər qapını açanda hamı heyrətlənib. Çünki seyfin içərisində qara idman çantasında səliqə ilə yığılmış 7,5 milyon dollar pul var idi.
Alıcı nümunəvi bir vətəndaş kimi pulun sahibinin tapılması üçün elan yerləşdirsə də, müraciət edən olmayıb. Əfsuslar olsun ki, yeni milyonçu olanların təsirindən ayılmamış məsələyə seyfin əvvəlki sahibinin vəkili qarışır və pulların qaytarılması müqabilində 600 min dollar mükafat təklif edir. Lakin razılaşma olmur. Buna baxmayaraq sonradan qutunun yeni sahibi 1,2 milyon dollar qarşılığında onu keçmiş sahibinə geri qaytarır.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/TIyRIVV2GSg" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">