
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırması haqqında imzaladığı sərəncamla oktyabrın 22-dək Hesablama Palatasının sədri vəzifəsini tutan Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olundu.
Nəticədə Hesablama Palatasının sədri vəzifəsi boşaldı. Bu arada Hesablama Palatasının sədri vəzifəsinə kimin təyin olunacağı böyük maraq doğurur.
Hökumətdəki mənbələrdən modern.az saytına məlum olub ki, Hesablama Palatasının sədri vəzifəsinə kimin seçiləcəyi məsələsi artıq həll olunub.