Xəbər lenti

"Həşd Əl Şabi" silahlı qrupu ləğv olundu
Dünya09:00 02.07.2019

"Həşd Əl Şabi" silahlı qrupu ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqın baş naziri Adil Əbdül Mehdi "Həşd Əl Şabi" silahlı qrupunun müstəqil fəaliyyətinin ölkədə qadağan edildiyini açıqlayıb.
Qaynarinfo Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, silahlı qrup bundan sonra "Həşd Əl Şabi" adından istifadə edə bilməyəcək və briqada və ya polk adlanacaq. 
İraqın yeni qaydalarına əsasən, orduya daxil olmaq istəməyən silahlı qruplar siyasi partiyaya çevrilə bilər, lakin müstəqil silahlı mübarizə məqsədilə hərbi qüvvə və silahlardan istifadə qadağan edilir.
Qeyd edək ki, "Həşd Əl Şabi" 2014-cü ildə İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə yaradılıb. İranın dəstəyi ilə fəaliyyət göstərən qrup 2017-ci ildən bəri İraq ordusu ilə əməkdaşlıq edir.
Gülşən