Xəbər lenti

Həyat yoldaşından İsa Qəmbərə təbrik
Ölkə07:05 24.02.2017

Həyat yoldaşından İsa Qəmbərə təbrik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün eks Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin 60 yaşı tamam olur.
Qaynarinfo.Az xəbər verir ki, xanımı Aida Qəmbər yubiley münasibətilə həyat yoldaşını sosial şəbəkədə təbrik edib:
“Həyatımın ən önəmli, ən istəkli adamı - İsa Qəmbərin bu gün yubileyidir. 60 yaşı tamam olur. Bu tarixin yarısından bir az çoxunu bir yerdəyik. Ömür vəfa etsə hələ çox illər birgə addımlamaq istərdim, çünki onunla olmaqdan zövq alıram, hələ doymamışam. İsa mənim dostum, həmsöhbətim, dayağım, arxamdır, mənə ruh verən, bəzən yol göstərən, məsləhətlərini əsirgəməyən- bir sözlə həyatımı bütöv edən kişidir. Sağ ol, var ol, əzizim”.
Qaynarinfo.Az