Xəbər lenti

Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib
Ölkə17:27 02.05.2019

Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Ağdamda konsert keçirilib.
Qaynarinfo xəbər verir ki, konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış edib.
Qeyd edək ki, Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə sabah Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər təşkil olunacaq.