Xəbər lenti

Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad edilir
Ölkə10:53 25.11.2019

Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi

Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, heyvan və quş yemlərinin satışının 4 il müddətində əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.

Komitə sədrinin sözlərinə görə, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.