Xəbər lenti

Hikmət Hacıyev: "Ermənistan Mingəçevir şəhərinə raket atıb"
Ölkə18:34 04.10.2020

Hikmət Hacıyev: "Ermənistan Mingəçevir şəhərinə raket atıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter” hesabındakı paylaşımında bildirib.
"Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil etdi. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası var. Çarəsizliyin barbar ifadəsi".