Dünya 14:44 24.06.2022

“HIMARS” sisteminin Sovet “Qrad”larından əsas fərqi əyani göstərildi  (VİDEO)

Ukrayna hərbçiləri ABŞ tərəfindən təchiz edilən "HIMARS” raket sistemi ilə Sovet "Qrad” və "Uraqan” sistemləri arasında əsas fərqin nə olduğunu əyani göstərib.

Qaynarinfo xəbər verir ki, müvafiq video cümə günü, iyunun 24-də Ukrayna Quru Qoşunlarının Telegram kanalında yayımlanıb.

O, yalnız ərazi üzrə atəş açmağa qadir olan Sovet yaylım atəşli reaksiv sistemdən fərqli olaraq, verilmiş hədəflərin hər birinə dəqiq zərbələr endirən "HIMARS”ın heyrətamiz dəqiqliyini açıq şəkildə nümayiş etdirir. 

Beləliklə, hətta bir belə sistemin effektivliyi bütöv bir "Qrad” və ya "Uraqan” batareyasından daha yüksəkdir ki, bu da Ukrayna ordusuna ruslara qarşı böyük üstünlük verir.

Nizami Bağırov