Xəbər lenti

Hindistan şirkəti Rusiyadan kömür idxalını dayandırır
Dünya13:31 02.05.2022

Hindistan şirkəti Rusiyadan kömür idxalını dayandırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın ən böyük kömür idxalçısı "Tata Steel" anti-Rusiya sanksiyaları ilə bağlı risklər səbəbindən bu məhsulu Rusiyadan almağı dayandıracaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" qəzeti şirkətə istinadən məlumat yayıb.
"Tata Steel" öz qərarını Rusiya Federasiyasının nümayəndələri ilə sövdələşmələrin aparılmasında qeyri-müəyyənliklə izah edib, baxmayaraq ki, Hindistan Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Rusiyadan kömür tədarükünü artırıb. Buna səbəb Avstraliya kömürünün bahalaşması olmuşdu.
"Coal Mint" analitik mərkəzinin məlumatına görə, 2022-ci ilin ilk üç ayında "Tata Steel" 617 min ton, apreldə isə 246 min ton Rusiya kömürü idxal edib. Sifarişlər Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl verilib.
Aydın