Xəbər lenti

Hindistana getmək istəyənlərə şad xəbər: vizanı elektron formada almaq olar
Ölkə15:55 06.04.2017

Hindistana getmək istəyənlərə şad xəbər: vizanı elektron formada almaq olar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan vətəndaşları Hindistana qısamüddətli səyahət üçün viza elektron formada əldə edə biləcəklər.

"Qaynar" Report-a istinadən xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, vizanın qiyməti 50 dollar təşkil edir.

Viza almaq istəyənlər Hindistanda gəlişə azı 4 gün qalmış https://indianvisaonline.gov.in/evisa/Registration saytında lazımi prosedurları keçməlidir.

Alınmış e-Visa Hindistan gəliş tarixindən etibarən 60 gün müddətində etibarlı olacaq.

Qaynar.Az