Xəbər lenti

Hindistanda 158 illik qanun ləğv edildi
Dünya08:28 27.09.2018

Hindistanda 158 illik qanun ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan Ali Məhkəməsi ölkədə 158 illik qanunun ləğvi barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, qərarla evli qadınla cinsi əlaqəyə girən kişilər üçün nəzərdə tutulan 5 illik azadlıqdan məhrumetmə və pul cəzası ləğv edilib. Baş prokuror Dipak Misra zinanın Çin, Cənubi Koreya, Yaponiya kimi ölkələrdə qanunun əleyhinə olmadığını deyib. Qanuna əsasən, cəza səbəbi kimi qadının "həyat yoldaşının icazəsi olmadan" başqası ilə cinsi əlaqəda olması göstərilirdi. Prokuror zinanı evliliyin bitməsinə səbəb olacaq hadisə adlandırıb, lakin hüquqi müstəvidə artıq qeyri-qanuni addım kimi qəbul edilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, hüquqi prosesə qanunun həm kişilərin, həm də qadınların haqqlarının pozulduğunu deyən şəxsin şikayəti ilə start verilmişdi.
Gülşən