Xəbər lenti

Hindistanda saxta içkidən ölənlərin sayı 150-yə çatıb
Dünya09:40 24.02.2019

Hindistanda saxta içkidən ölənlərin sayı 150-yə çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın şimal-şərqində saxta içki səbəbindən ölənlərin sayı 150 nəfərə çatıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.
Məlumatda bildirilir ki, Assam əyalətinin Golaghat və Jorhat bölgələrində saxta içkidən 66 nəfər ölüb. Əyalət səhiyyə naziri Himanta Bisva Şarmanın  sözlərinə görə sözügedən bölgələrdə 200 nəfər xəstəxanaya yerləşdirilib və onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hökumət rəsmisi Culie Sonoval ölənlərin əksəriyyətinin çay tarlalrında çalışan işçilər olduğunu və saxta içki hazırlamaqda şübhəli bilinən 9 nəfərin saxlanıldığını açıqlamışdı.
Qeyd edək ki, bu ay həmçinin Uttar Pradeş və Uttaraxand əyalətlərində 99 nəfər saxta içkidən ölmüşdü.