Xəbər lenti

Hindistanda yanğın: 80 ölü, 250 yaralı
Dünya09:38 10.04.2016

Hindistanda yanğın: 80 ölü, 250 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 80 nəfər ölüb, daha 250 nəfər isə yaralanıb. 
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə  məlumatı “India Today” nəşri yayıb.
Məlumata əsasən, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.
İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.
Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.  
Qaynar.info