Xəbər lenti

Hindistanda yük maşını uçuruma düşüb, 17 nəfər ölüb
Dünya17:48 22.05.2016

Hindistanda yük maşını uçuruma düşüb, 17 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Hindistanın şimal-şərqindəki Arunaçal-Pradeş əyalətinin Vest Kamenq dairəsində yük maşını qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, TATA markalı yük maşını naməlum səbəbdən Betçellinq kəndi yaxınlığında dağlıq ərazidən keçən yoldan çıxıb və 100 metr yüksəklikdən uçuruma düşüb.

Nəticədə yük maşınında olan 17 nəfər ölüb, 12 nəfər xəsarət alıb. 

Qaynarinfo.az