Xəbər lenti

Hökumətdən hansı islahatları gözləyirik? - Ekspert
Ölkə06:51 05.12.2016

Hökumətdən hansı islahatları gözləyirik? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Biz hələ hökumətdən uzun müddət idarəetmə islahatları gözləyəcəyik". 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev islahatlarla bağlı şərh verərkən deyib.

Rövşən Ağayevin sözlərinə görə, dünyada Nəqliyyat və Rabitə nazirliklərinin timsalında vahid İnfrastruktur Nazirliyi yaratmağın uğurlu təcrübəsini bizdə də istifadə etmək olar: "Səhiyyə və Sosial Müdafiə Nazirliklərinin bazasında vahid Sosial Məsələlər Nazirliyi formalaşdıran və belə qurumun uğurla fəaliyyət göstərdiyini sınaqdan çıxaran ölkələr də var. Bizdə isə dövlət gəlirlərinin 2 dəfəyədək itirildiyi son 2 ildə zəruri olan məmur aparatı ixtisarına ehtiyac görmədilər".

Ekspert bildirib ki, nəticədə 2017-ci ilin büdcə layihəsinə görə, dövlət hakimiyyət orqanlarının nəqliyyat xidmətləri ilə bağlı xərcləri 4 dəfədən çox artırılaraq 6 mln. manatdan 26.3 mln. manata çatdırılıb: "Hökumət başqa bir qurumla rahatlıqla birləşdirə biləcəyi bir nazirliyə bina tikintisi üçün 2017-ci ildə 39 mln. manat ayırıb"...

Qaynarinfo.Az