Xəbər lenti

Hollandiya penaltilərlə yarımfinalda
İdman06:10 06.07.2014

Hollandiya penaltilərlə yarımfinalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyada keçirilən dünya çempionatı davam edir. Qaynar.info xəbər verir ki, bu gecə 1/4 finala yekun vurulub.
Mərhələnin son matçında Hollandiya Kosta Rikanı sınağa çəkib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. "Lotereya"da daha dəqiq olan hollandlar yarımfinala çıxıb.
Qeyd edək ki, Hollandiya yarımfinalda Argentina ilə qarşılaşacaq. Digər 1/2 final matçında Braziliya və Almaniya milliləri üz-üzə gələcək. Beləliklə, finala vəsiqə uğunda iki Avropa və iki Cənubi Amerika komandası mübarizə aparacaq.
DÇ-2014
1/4 final
6 iyul
Hollandiya - Kosta Rika 0:0 (penalti - 4:3)