Xəbər lenti

Hollandiya şokda: ŞAHZADƏ ÖLDÜ
Dünya18:45 12.08.2013

Hollandiya şokda: ŞAHZADƏ ÖLDÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollandiyada dağ-xizək kurortunda aldığı xəsarətdən sonra il yarım komada qalan şahzadə İohan Frizo vəfat edib. 

Bu barədə məlumatı Niderland sarayının rəsmiləri açıqlayıb. Məlumata görə, 44 yaşlı Frizo bu gün səhər vəfat edib. Ötən gün isə həyat yoldaşı, şahzadə Mabel 45-ci doğum gününü ərinin yanında keçirib. 

Xatırladaq ki, kral ailəsinin üzvü olan şahzadə 2012-ci il fevralın 12-də Avstriyanın qərbində qar uçqununa düşüb. 20 dəqiqəyə yaxın qar kütləsi altında qalan Frizo sonradan Avstriya hospitalında daha sonra isə London klinikasında müalicə alıb.(anspress)