Xəbər lenti

Hollivudun ən çox gəlir qazanan aktrisası məlum oldu - 17.5 milyon
Sənət13:40 25.03.2017

Hollivudun ən çox gəlir qazanan aktrisası məlum oldu - 17.5 milyon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Gözəl və bədheybət” filminə görə çox böyük uğur qazanan Emma Uotsonun gəlirləri də fantastik dərəcədə artıb.
"Qaynar" aznews.az-a istinadən xəbər verir ki, “Gözəl və bədheybət” müziklı dünya film prokatlarında kassa gəlirlərinə görə uğur qazanmağa davam edir.
Müqaviləyə əsasən, Emma filmə görə 2.5 milyon dollar qonorar alıb. Lakin, kassa gəlirlərinə görə, aktrisanın qonorarı artacaq. Proqnoza görə, bu 17.5 milyon dollar ola bilər.
Daha əvvəl Cennifer Lourens "Ac oyunlar" filminə görə 15 milyon dollar qonorar qazanmaqla, Hollivudun ən çox gəlir qazanan aktrisası idi.
Qaynar.Az