"Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırıq".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.
"Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar, biz də bunun tərəfdarıyıq", - Akar qeyd edib.
Azərbaycanın savaşının haqlı olduğunu hər yerdə nümayiş etdirməyin vacibliyini deyən nazir vurğulayıb ki, başda NATO platformaları olmaqla bütün beynəlxalq tədbirlərdə bu, səsləndirilir.
Şərhlər