Xəbər lenti

Huntelar "Ayaks"a qayıtdı
İdman13:54 14.03.2022

Huntelar "Ayaks"a qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ayaks" keçmiş oyunçusu Klaas-Yan Huntelaarın bu mövsümdən etibarən kluba qoşulacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Niderland klubundan verilən açıqlamada veteran futbolçunun komandanın icraçı heyətinə qatıldığı bildirilib. Açıqlamada Huntelaarın futbol direktoru Gerri Hamstra və məşqçi Erik Ten Haqla çalışacağı açıqlanıb. Huntelaarın iyunun 1-dən etibarən məşqçilik kurslarına başlayacağı qeyd edilib.
Müxtəlif dövrlərdə "Ayaks"da çıxış edən Klaas-Yan Huntelaar bu komanda ilə 2 liqa çempionu, 3 Hollandiya Kuboku, 2 Hollandiya Superkuboku qazanıb.
"Ayaks"ın heyətində 257 oyuna çıxan Huntelaar 158 qola, 43 məhsuldar ötürməyə imza atıb. Ötən mövsüm "Şalke"də çıxış edən 38 yaşlı hücumçu çempionat bitdikdən sonra karyerasını başa vurduğunu açıqlayıb.
Səbuhi Həsənov