Almaniya Futbol İttifaqının İdman Məhkəməsi "Şalke"nin hücumçusu Klas-Yan Hunteların cəzasını yüngülləşdirib.
Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçunun cəzası 6 oyundan 4 matça qədər azaldılıb.
Bununla da, "Bavariya" ilə oyunu buraxan Huntelar Bundesliqanın qarşıdakı daha 3 görüşündə komandasına kömək edə bilməyəcək. Lakin 31 yaşlı futbolçu Bundesliqanın 23-cü turunda "Borussiya" (Dortmund) klubu ilə keçiriləcək görüşdə iştirak edəcək.
Qeyd edək ki, Huntelar Bundesliqanın 18-ci turunda "Hannover"lə matçın 85-ci dəqiqəsində rəqibinin ayağına qəsdən zərbə endirdiyi üçün meydandan qovulub. Qaynar.info