Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası Fəxrəddin Gözəlovun işdən çıxarılması barədə məlumat vermişdik.
Məlumatda deyilirdi ki, Fəxrəddin Gözəlov rəhbərliyin qərarı ilə razılaşmayaraq AMEA ilə Arxeologiya və Antropologiya İnstitutunu məhkəməyə verib. İş hazırda apellyasiya mərhələsindədir.
Qaynarinfo bu məhkəmə çəkişməsi barədə yeni məlumatlar əldə edib.
Bildirilir ki, Fəxrəddin Gözəlov birinci instansiya məhkəməsində qarşı tərəfə qalib gəlib. Səbail Rayon Məhkəməsi onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və yenidən işə bərpa olunması ilə bağlı qətnamə çıxarıb. Qətnamədə həmçinin qeyd olunub ki, AMEA və Arxeologiya və Antropologiya İnstitutundan müştərək qaydada 100 manat tutularaq dövlət büdcəsinə köçürülsün.
Bundan sonra qarşı tərəf apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Xəyal Sarıyevin sədrliyi ilə baxılacaq. Artıq baxış iclasının vaxtı məlum olub. İclas 29 yanvar 2025-ci il tarixdə keçiriləcək.
Fəxrəddin Gözəlov 2011-ci ildə də işdən çıxarılıb. Həmin vaxt yayılan məlumatlarda onunla İnstitutun o zamanki direktoru Maisə Rəhimova arasında mübahisə yarandığı iddia edilirdi. 10 ildən çox davam edən məhkəmə çəkişməsindən sonra Fəxrəddin Gözəlov nəhayət işinə bərpa olunmub.
Bundan başqa, Fəxrəddin Gözəlov ötən il Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi ilə gündəmə gəlmişdi. Adıçəkilən şəxslər mənimsədə ittiham edilirdi.
Əldə etdiyimiz məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı Səbuhi Hüseynovun təqsiri tam sübuta yetirlib və ona məhkəmənin 3 iyul 2024-cü il tarixli hökmü ilə 5 il şərti cəza verilib.
Seyid
Şərhlər