
İyulun 10-da hazırda Almaniyada mühacirətdə yaşayan sabiq millət vəkilinin yaxınları vəkil Akif Əlizadə ilə müqavilə bağlayıblar. Bundan əvvəl isə H.Abdullayevin valideynləri sabiq millət vəkili ilə vəkil Kamandar Nəsibov arasında başlanmış müqaviləyə vaxtından əvvəl xitam veriblər. Buna səbəb vəkilin H.Abdullayevin adından yalan məlumatlar yayması olub.
A.Əlizadə “Yeni Müsavat”a bildirib ki, H.Abdullayevlə müqavilə bağlanana qədər onun ailə üzvlərinə məxsus “Araz İNC” MMC-də vəkil olub: “İyulun 11-dən mən artıq Hüseyn Abdullayevin hüquqlarını müdafiə edəcəyəm”. A.Əlizadə H.Abdullayev ətrafında yaranmış durumla bağlı press-reliz hazırlayacaqlarını bildirdi: “Biz Vergilər Nazirliyinin Hüseyn Abdullayevlə bağlı yaydığı rəsmi məlumatla razı deyilik. İbtidai araşdırma orqanının elan etdiyi ittihamdan söhbət gedə bilməz. Əlimizdə Hüseyn Abdullayevin valideynlərinin qeyd olunan vergiləri ödəməsi haqda sənədlər var. Rəsmi məlumatda yazılanlar ibtidai araşdırma orqanının mövqeyidir. Onlar ittihamçı tərəf kimi mövqelərini əsaslandırmalıdırlar, biz də həmin mövqeyin əsassız olmadığını sübut edəcəyik”.